02:11
(077) 610-22-33

Goranboyda avtomobil dirəyə çırpıldı, yaralı var

  • >
450 21 Aprel 2014 07:26 | Hadisə

Goranboyda avtomobil dirəyə çırpılıb, sürücü yaralanıb. AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda Bakı-Gəncə yolunun 293-cü kilometrliyində "Kia" markalı minik avtomobili yol ayrıcındakı dirəyə çırpılaraq aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kia" markalı minik avtomobilinin sürücüsü yaralanaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblət. Əməliyyat saat 04:12-də başa çatıb.

AzNews.az
Bağla X