Nazirin qardaşının öldüyü yol qəzası ilə bağlı RƏSMİ məlumat

Şərur rayonu ərazisində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, aprelin 19-da saat 21 radələrində Şərur rayonu Püsyan kəndinin ərazisində Tumaslı kənd sakini Abbas Əhmədov idarə etdiyi "Toyota" markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş Abbas Əhmədov və sərnişini Mehdi Mahmudov aprelin 20-də orada ölüblər.

Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.

AzNews.az