05:36
(077) 610-22-33

Azərbaycanda hərbçi və polis qəzaya düşdü- FOTO

  • >
1 553 21 Aprel 2014 11:40 | Hadisə

Bu gecə Bərdə rayonunda ağır yol qəzası baş verib.

Anspress-in verdiyi məlumata görə, baş verən yol qəzasında 4 nəfər ağır yaralanıb.

Yaralananlardan biri Milli Ordunun hərbçisi, Ceyhun Allahverdi oğlu Xudaverdiyevin idarə etdiyi "VAZ-2106" markalı maşınla Bərdə rayon polis şöbəsinin əməkdaşı, Fərman Şamil oğlu Salahovun idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticədə sürücülər və "VAZ-2106"nin sərnişinləri Bəxtiyar Məzahir oğlu Ələsgərov və Səbuhi Mürşüd oğlu Ələsgərov ağır yaralanıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın nə səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırmalar aparılır.

AzNews.az
Bağla X