05:48
(077) 610-22-33

Bakıdakı çökmə ilə bağlı sürücülərə müraciət edildi

  • >
750 21 Aprel 2014 12:23 | Hadisə

Paytaxtın Nobel prospektində baş verən çökmə ilə bağlı yolda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib. Bu gün Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun çıxış hissəsinə yaxın ərazidə, paytaxtın Zığ qəsəbəsində şəhər istiqamətindəki yolun tam ortasında çökmə baş verib. Bununla əlaqədar müvafiq qurumlar işə başlayıb. Hazırda həmin yol üzrə avtomobillərin hərəkətində sıxlıq yaşanır. Ona görə də Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə hələlik Nobel prospektinin boru keçidi ilə kəsişən hissəsindən, işıqforla tənzimlənən yolayrıcından şəhər istqaimətində nəqliyyatın sıxlığının yaşanmaması üçün alternativ yol kimi Cəmşid Naxşıvanski adına Hərbi Liseyin və "Nargilə" kafesinin yanından Babək prospekti ilə hərəkət etmələrini tövsiyə edir.

Qeyd edək ki, bu gün səhər 8:00 radələrində Bakının Nobel prospekti, 67 ünvanında, "Azərneftyağ" neft emalı zavodunun qarşısında şəhər istiqamətində yolda çökmə baş verib. Yolun alt hissəsindən keçən, eni 1860 mm olan kanalizasiya kollektorunun sızması nəticəsində yolun əsası və torpaq yatağı yuyulub və bununla da asfalt-beton örtüyü tamamilə çöküb.

AzNews.az
Bağla X