Evdən 300 minlik qızıl və 100 min manat pul oğurlayanlar tutuldu

Azərbaycanda külli miqdarda oğurluqda şübhəli bilinən şəxs tutulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Şahin Kərimovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi və Quba RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il avqust ayının 8-də Sumqayıt şəhər sakini İlqar Seyidovla birgə Sima Quliyevanın evindən 300.000 manat dəyərində qızıl əşyalar və 100.000 manatını oğurlamaları da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Seyidov tutulub.

AzNews.az