Bakıda daha bir yol çökdü- Fotolar

Bakının Mirəli Qaşqay və Ənvər Qasımzadə küçələrinin kəsişməsində asfalt örtüyü çöküb. Hadisə səhər saatlarında baş verib. Yolun çökdüyü ərazidə problemin aradan qalxması üçün "Azərsu"ASC-nin əməkdaşları cəlb olunub.

Nəsimi rayon Su İdarəsinin baş mühəndisi Hüseyn Ağasıyev qəzanın ilkin səbəbini su borusunun partlamasında görür. Baş mühəndis bildirib ki, problem gün ərzində aradan qaldırılacaq.

Hazırda qəzanın baş verdiyi ərazidə tıxac müşahidə olunur.

Qeyd edək ki, ötən gün Bakının Nobel prospektində də asfalt örtüyü çökmüşdü. (faktxeber)
image description image description image description image description