Azərbaycanlılar “erməni soyqırımı“ abidəsi ilə bağlı AKSİYA keçirəcək

Hollandiyada yaşayan azərbaycanlılar qondarma "erməni soyqırımı" ilə bağlı etiraz aksiyası keçirəcəklər.

Benelüks Azərbaycanlıları Konqresindən verilən məlumata görə, konqres Hollandiyanın Almelo şəhərində qondarma "erməni soyqırımı" abidəsinin açılması ilə əlaqədar bəyanat qəbul edib.
Bəyanatda deyilir: "Cəmiyyətdəki nifrəti qızışdıracaq və narahatlıq çıxaracaq bir cəhdlə qarşı-qarşıyayıq. Bilindiyi kimi, 24 aprel 2014-cü il tarixində Almelo şəhərində "erməni soyqırımı" abidəsi adı altında bir açılış planlaşdırılıb. Bələdiyyədən erməni abidəsi açmaq üçün içazə alınıb, amma açılış "erməni soyqırımı" abidəsi şəklində keçiriləcəkdir. Bu abidə və açılışdan cəmiyyətimizin təəssüf ki, çox gec xəbəri olub".
Buna etiraz etmək üçün bu gün günorta saatlarında Almeloda etiraz aksiyası keçiriləcək. Benelüks Azərbaycanlıları Konqresi bütün türk xalqlarını aksiyaya qoşulmağa çağırır.

AzNews.az