02:11
(077) 610-22-33

Ordumuzun əsgəri yaralandı

  • >
502 24 Aprel 2014 07:59 | Hadisə

Cəbhə bölgəsində atəşkəs pozulub. Azərbaycan Ordusunun əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 23-də axşam saatlarında cəbhənin Füzuli istiqamətində erməni silahlı birləşmələrinin atdığı atəş nəticəsində döyüş növbətçiliyi çəkən, Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Elnur Əli oğlu Məcidov yaralanıb. Yaralı əsgər hərbi hospitala yerləşdirilib. Hazırda onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

AzNews.az
Bağla X