09:33
(077) 610-22-33

Arif Quliyev xəstəxanaya yerləşdirildi

  • >
734 3 Sentyabr 2012 09:54 | Hadisə

Xalq artistinin səhhəti pisləşib



Azərbaycanın xalq artisti Arif Quliyevin səhhətində problem yaranıb. APA-nın Aran bürosunun xəbərinə görə, dünən gecə saat 23.00 radələrində Ağcabədi rayonuna yas mərasiminə gedən xalq artistinin səhhəti Ucar-Zərdab avtomobil yolunda qəflətən pisləşib. Arif Quliyev yaxınlıqdakı Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxananın baş həkimi Ruslan Nemətov APA-ya Arif Quliyevin tibb müəssisəsinə hipertonik-kriz diaqnozu ilə daxil olduğunu bildirib. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti normallaşandan sonra Arif Quliyev təcili yardım maşını ilə Bakıya yola salınıb.

AzNews.az
Bağla X