10:16
(077) 610-22-33

Orduda dəhşət - Bir gecədə 9 hərbçi itirdik, 4 yaralı (YENİLƏNİB)

  • >
2 672 1 Avqust 2014 07:35 | Hadisə

Ötən gecə erməni kəşfiyyat-təxribat qruplarının hücumu nəticəsində Azərbaycan Ordusu 9 itki verib. 4 əsgərimiz isə yaralanıb.

Tərtər rayon N saylı hərbi hissənin hospitalından verilən məlumata görə, yaralı əsgərlər hospitala atışmadan dərhal sonra yerləşdirilib. Hadisə yerinə kənd sakinləri də gedib və hərbçilərə kömək göstərib.

Yaralı əsgərlərin vəziyyəti və adları barədə hələlik heç bir açıqlama verilmir.


***
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub.

APA-nın məlumatına görə, Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

AzNews.az
Bağla X