Gülayın idmançı əri həbs olundu

Tanınmış məşqçi Kamil Zeynalov yol polisi tərəfindən saxlanılıb. AzNews.az publika.az–a istinadən xəbər verir ki, hazirda idmançı Bakı Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasındadır.


Onun saxlanmasına səbəb yol polisi ilə mübahhisə edərək əl qaldırması olub. Məlumata görə, şəhərin mərkəzi küçələrinin birində yol polisi onun "Hummer" markalı avtomobilini saxlayıb. K.Zeynalov avtomobildən düşərək polisə əl qaldırıb və bir də onun avtomobilini saxlamamağı tapşırıb.

Beləliklə, Kamil Zeynalovla polis arasında yaşanan insident nəticəsində saxlanılıb.

Qeyd edək ki, tanınmış idmançı Kamil Zeynalov mügənni Günay Zeynalovanın həyat yoldaşıdır.

AzNews.az