15:21
(077) 610-22-33

11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi dəyişdirildi

  • >
640 1 Avqust 2014 15:02 | Hadisə

Ədliyyə Nazirliyi Penitensiar xidmətdə yeni təyinat olub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general leytenantı Mədət Quliyevin əmri ilə Penitensiar xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən, ədliyyə polkovnik-leytenantı Rasim Bayramov başqa işə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilib. Həmin vəzifənin müvəqqəti icrası ədliyyə polkovnik-leytenantı Mahir Əliyevə həvalə edilib.

Qeyd edək ki, M. Əliyev 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini vəzifəsində çalışırdı.

AzNews.az
Bağla X