Yaralı kənd sakinindən xəbər var -VİDEO

44 yaşlı Çingiz Aslanovun vəziyyətinin orta-ağır olduğu bildirilir
Ötən gecə Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində bir nəfər kənd sakini də yaralanıb.

ANS TV-nin məlumatına görə, bu, Qazax rayonunun Məzəm kənd sakini 44 yaşlı Aslanov Çingiz Mədət oğludur. O, sağ bud nahiyəsindən güllə yarası alıb və hazırda Qazax rayon xəstəxanasına yerləşdirilib.

Dərhal əməliyyat edilən 44 yaşlı kənd sakininin vəziyyətinin orta-ağır olduğu bildirilir.



AzNews.az