Daha bir şəhidimiz dəfn olundu

Azərbaycan Ordusunun ötən gün cəbhə xəttində düşmənin həmləsini dəf edərkən şəhid olan əsgəri, 19 yaşlı Əli Fətulla oğlu Rəhimovun cənazəsi bu gün doğulduğu Masallı rayonuna gətirilib.

APA-nın cənub bürosunun məlumatına görə, əsgərin nəşi doğma kəndləri olan Köçəkli kənd qəbirsanlığında torpağa tapşırılıb. Dəfn mərasimində kənd sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Masallı Rayon İcra hakimiyyətinin və yerli hüquq mühafizə orqanı nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Əli Rəhimov bir il öncə hərbi xidmətə çağırılıb.

AzNews.az