- Köhnə - Hadisə
- 2 Avqust 2014 08:46
- 3 568
Cəbhədən daha bir xəbər - Şəhid sayı 5-ə çatdı
Döyüşdə 8 hərbçi isə yaralanıb.
Xatırladaq ki, Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gecə ermənilər Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər. Düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
Düşmən təxribatı zamanı, onun hücumunun qarşısını alarkən Silahlı Qüvvələrimizin bölmələri itki verib.
Həlak olan hərbi qulluqçular:
- gizir Əliyev Pərvin Səlahəddin oğlu;
- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;
- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;
- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.
Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
AzNews.az