13:26
(077) 610-22-33

Qarabağ əlilinin tikmək istədiyi evi sökdülər – QARŞIDURMA (FOTOLAR)

  • >
3 392 2 Avqust 2014 09:53 | Hadisə

Dünən cəbhədən dəhşətli xəbərlərin gəldiyi bir vaxtda Bakıda məcburi köçkünlərlə icra nümayəndələri və polis arasında mənzil müharibəsi baş verib. AzNews.az xəbər verir ki, Ağdam döyüşlərində əlil olmuş Mənsur Məhərrəmov adlı şəxsin Qaradağ rayonu ərazisində (Sədərək Ticarət Mərkəzi ilə üzbəüz) qadağan olunmuş ərazidə ev tikmək istəməsi qarşıdurmaya səbəb olub. Belə ki, rayon icra hakimiyyəti polisin köməyilə evi sökdürəndə tərəflər arasında dava düşüb. Nəticədə Mənsur Məhərrəmovun iki qohumu Təbiət və Rəşad Məmmədovlar Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə aparılıb. Birinci qrup əlil isə polislərə etiraz edərək aidiyyəti qurumların qarşısında aclıq aksiyası keçirəcəyini bildirib.

Hadisə yerinə gələn Qaradağ icra başçısının müavini Elnur Qurbanov AzNews.az-ın əməkdaşına bildirib ki, bu ailəyə dəfələrlə bildirilib ki, ev tikmək istədikləri ərazi strateji yerdir və təhlükəlidir: "İndi biz maraqlanırıq ki, bu Qarabağ əlilinin evi niyə yoxdur? Biz bu adama kömək etməyə çalışacağıq. Hər-halda bu ərazidə ev tikilməsinə icazə verə bilmərik. Bu, təhlükəlidir".

Birinci qrup Qarabağ əlili deyib ki, evin tikintisinə icazə verilməməsinin səbəbi tam başqadır: "Mən 1994-cü ildən əliləm. O vaxtdan indiyə kimi kirayələrdə qalıram. Mənə icazə verilməməsinin səbəbi tam başqa məsələlərlə bağlıdır. Necə olur ki, bir qədər aralıda evlər tikilir, amma mənə icazə verilmir. Bunun səbəbi məndən istənilən 1000 manat puldur. Mənim onlara verməyə pulum yoxdur".















Azər
AzNews.az
Bağla X