Bir kənd iki şəhid verdi

Xəbər verdiyimiz kimi, avqustun 1-dən 2-nə keçən gecə erməni kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.


"Qafqazinfo"nun məlumatına görə, şəhid olanlardan biri gizir Əliyev Pərvin Səlahəddin oğlu "Qafqazinfo"nun rəhbəri Elbrus Ərudun qonşusu və uşaqlıq dostudur. Jurnalist deyib ki, Pərvin xüsusi təyinatlı briqadada xidmət eləyib.

Evlidir, iki övladı var.

Elbrus Ərud həmçinin qeyd edib ki, şəhid olanlardan daha birisi- Rahil Hüseynov da onun həmkəndlisidir.
Hər iki şəhid Biləsuvarın Nərimankənd kəndindəndirlər.

Allah rəhmət eləsin!

AzNews.az