Rəsul Cəfərov saxlanıldı

İnsan Haqları Klubunun sədri Rəsul Cəfərov saxlanılıb.

AzNews.az-ın məlumatına görə, R. Cəfərovun vəkili Xalid Bağırov deyib ki, R. Cəfərov ona zəng edərək, saxlanılaraq, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə gətirildiyini deyib.

X. Bağırov R. Cəfərovun dindirilməsi prosesində iştrak etmək üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə gedib.
R. Cəfərovun hazırda barələrində həbs-qətimkan tədbiri seçilən jurnalist Rauf Mirqədirov və Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun işi ilə bağlı saxlanıldığı da bildirilib.

Xatırladaq ki, iyulun 29-da Böyük Kəsik stansiyasında sərhədçilər R. Cəfərovun Gürcüstana getməsinə qadağa qoyublar. Məlum olub ki, iyulun 25-də ona ölkədən çıxmaq qadağası qoyulub.

Bir müddət əvvəl prokurorluğun təqdimatı əsasında Rəsul Cəfərovun bank hesablarına həbs qoyulub.

Rəsul Cəfərov həm də "Demokratiya naminə incəsənət" kampaniyasının koordinatorudur.

Məhəmməd
AzNews.az