Ermənistanın itkisi daha çox olub - 20 əsgər

Ermənistanın Müdafiə Nazirliyi bəyanatla çıxış edib.


Musavat.com xəbər verir ki, bu barədə Tert.am məlunat yayıb. Bəyanatda deyilir ki, cəbhə xəttində vəziyyət kəskin gərginləşib. Ermənistan tərəfi iddia edir ki, örən gecə Azərbaycan ordusu müxtəlif silahlardan istifadə edərək atəşkəsi pozub. Nəticədə Ermənistan ordusu ciddi itki verib – 20 ölü, 26 yaralı.

Ermənistan Müdafiə Nazirliyi hədə-qorxu gəlib ki, Azərbaycan ordusuna kəskin cavab veriləcək.