10:19
(077) 610-22-33

Əsgərlərimiz ermənilərin kazarmasını vurub - itkiləri var

  • >
2 672 3 Avqust 2014 08:50 | Hadisə


"Yeni Müsavat"ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri deyib ki, Tərtərin Qapanlı kəndində hazırda 15 dəqiqə fasilələrlə atışma gedir: "Qapanlı sakinlərinin böyük hissəsi buradan köçürülüb. Yerdə qalanlar isə gecə vaxtlarında əsasən kəndin girişinə toplaşırlar. Əgər vəziyyət gərgin olsa çıxmaq üçün. Kəndin erməni ilə daha yaxın olan hissəsində isə əsgərlərdən başqa heç kəs yoxdur. Oraya giriş qadağan edilib. Postlar qurulub. Öyrəndim ki, bizim əsgərlərimiz topla ermənilərin kazarmasını vurublar. Onlardan da ağır itkilər olub. Ümumilikdə son 10 gündə 12 əsgər Tərtərdə şəhid olub. Bir nəfər mülki şəxs öldürülüb. Həmin şəxsi 15 gün öncə balıq tutarkən vurublar. Adı Mübarizdir".

Cəbhənin digər bölgələrində olan müxbirlər də yazırlar ki, intensiv olmasa da, ara-sıra atışmalar var. Ağdamın Çıraqlı kəndi istiqamətində olan digər KİV-lərə məxsus jurnalistlərsə Facebook-da ziddiyyətli xəbərlər yayırlar. Onların bəziləri hətta güllədən yağış yağdığını ifadə ediblər.Lakin musavat.com dəqiqləşdirib ki, hazırda orada ciddi bir atışma yoxdur. Sadəcə hərdən avtomat güllələrinin səsi gəlir- bu da cəbhənin təmas xətti üçün adi səslərdir.

Paytaxtda yaşayan jurnalistlərdən biri isə Facebookda yazıb ki, onun polisdə işləyən 3 qohumunu Bakıdan cəbhə bölgələrinə ezam ediblər.
Bağla X