22:25
(077) 610-22-33

Azərbaycan qırıcıları yenidən cəbhə bölgəsində

  • >
2 860 3 Avqust 2014 16:51 | Hadisə

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Ağdam, Goranboy və Tərtər istiqamətində uçuşlar həyata keçirib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, qırıcılar təmas xətti boyu havadan müşahidə xarakterli manevrlər ediblər.

Döyüş helikopterləri də hərbi təyyarələrlə paralel olaraq cəbhənin Füzuli, Beyləqan, Xocavənd, Ağdam, Tərtər və Goranboy rayonları istiqamətində səmada manevrlər yerinə yetirib.

AzNews.az
Bağla X