Göyçayda ağır yol qəzası- bir ölü, 5 nəfər ağır xəsarət aldı

Göyçay rayonunda bir nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə avqustun 3-də saat 18:00 radələrində Göyçay-Bəydövül yolunun 20-ci km-liyində, rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.

Mırtı kənd sakini, 1976-cı il təvəllüdlü Fərhad Aslanovun idarə etdiyi "VAZ 21011" markalı minik maşını qarşı tərəfdən gələn, Şəkər kənd sakini, 1967-ci il təvəllüdlü Azad Şirinova məxsus "NAZ Lifan" markalı maşınla toqquşub.

Hadisə nəticəsində "VAZ 21011" markalı avtomobilin sürücüsü Fərhad Aslanov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun 11 yaşlı oğlu Yanvar Aslanov, eləcə də "NAZ Lifan"ın sürücüsü Azad Şirinov və sərnişinləri – Göyçay rayonunun Veysəlli kənd sakini, 2004-cü il təvəllüdlü Hacıyev Nicat Əliş oğlu və Şəkər kənd sakinləri, 1972-ci il təvəllüdlü Şirinova Şəfaqət Fazil qızı və 2000-ci il təvəllüdlü Qasımov Məhəmməd Hakim oğlu müxtəlif bədən xəsarətləri alaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az