00:30
(077) 610-22-33

14 və 16 yaşlarında iki əmioğlu çayda boğuldu

  • >
462 3 Avqust 2014 21:11 | Hadisə

Lənkəranda iki yeniyetmə çayda boğulub.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 3-də axşam saatlarında rayonun Rvo kəndi ərazisində qeydə alınıb.

Rayonun Şağlakücə kənd sakini, 2000-ci il təvəllüdlü Rəvan Xəyyam oğlu Muradov və onun Sumqayıt şəhərindən qonaq gəlmiş əmisi oğlu, 1998-ci il təvəllüdlü Azər Rəhman oğlu Muradov Lənkərançayın kənddən keçən hissəsində çimərkən boğulub.

Hər iki yeniyetmənin meyiti yerli sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

AzNews.az
Bağla X