"Dizbat"ın komandiri vəfat etdi

Azərbaycanda hərbi hissə komandiri vəfat edib.

Silahlı Qüvvələrin Salyanda yerləşən intizam xarakterli hərbi hissəsinin komandiri, polkovnik-leytenant İxtiyar Məmmədov dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü bildirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, İ. Məmmədov məzuniyyətdə olarkən, Ağdaş rayonunda yaşadığı evdə dünyasını dəyişib.

APA