Bütün dünya təşviş içində: 4 ölkədən 887 ölü

Ümumdünya Səhiyyə Təşkilatı Afrikanı təsir altına alan və sürətlə yayılan ebola virusu ilə bağlı açıqlama verib. AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilat sözügedən epidemiyanın təhlükəli bir şəkildə yayıldığını bildirib. ÜST-nin verdiyi açıqlamada qeyd olunur ki, bu günə qədər Ginedə 358, Liberyada 255, Sierra Leonedə 273 və Nigeriyada 1 adam olmaqla 887 nəfər ebola səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, ebola virusu sidik, qan, tər və ya tüpürcək kimi bədən mayesi ilə təmas halında insanlara yoluxur. Bu xəstəliyinin bilinən bir müalicəsi və peyvəndi yoxdur.

Xəyalə