Ermənilər Tərtər rayonunun Qapanlı kəndini atəşə tutdular

Ermənilər cəbhədə növbəti dəfə təxribat törədiblər.
Trend-in bölgə müxbirinin verdiyi məlumata görə, erməni hərbçilər Azərbaycanın Tərtər rayonunun işğal altında olan Seysulan kəndi yaxınlığında yerləşən mövqelərdən üzbəüz Qapanlı kəndini atəşə tutublar. Şiddətli atəş təxminən yarım saat davam edib.

Azərbaycan Ordusu cavab atəşi ilə düşməni susdurub.
Düşmənin müxtəlif silahlardan açdığı atəş zamanı Qapanlı kəndində evlərə ziyan dəyib. Fərdi yaşayış evlərinin pəncərələri və dam örtükləri dağılıb.

AzNews.az