20:32
(077) 610-22-33

Zeynal Nağdəliyev rayonda qəzaya düşdü: helikopterlə Bakıya göndərildi

  • >
1 996 5 Avqust 2014 19:35 | Hadisə

Prezident Administrasiyasının yüksək rütbəli məmurlarından olan Zeynal Nağdəliyev Kürdəmir ərazisində yol qəzası keçirib. Bu barədə musavat.com-a hadisə şahidlərindən biri məlumat verib. Onun deməsinə görə, cənab Nağdəliyev Kürdəmir xəstəxanasına aparılıb. Dövlət məmurunun BMW markalı maşını Vaz 21015 markalı Jiquli ilə toqquşub. Z. Nağdəliyevin və onunla toqquşan maşındakıların durumu haqda əlavə məlumat ala bilmədik.

Ölkənin rəhbər heyəti bu gün günortadan başlayaraq cəbhə xəttinə yollanmaqdadır. Z. Nağdəliyev də bu məqsədlə Ağdama gedirmiş.

AzNews.az-ın əldə etdiyi məlumatda isə bildirilir ki, o ağır xəsarətlər alıb və helikopterlə təcili Bakıya çatırılıb.
Z. Nağdəliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavinidir.

AzNews.az
Bağla X