04:08
(077) 610-22-33

Yusifcanlı kəndi işğaldan azad olundu -FOTOLAR

  • >
13 203 5 Avqust 2014 22:13 | Hadisə

Ağdamın Yusifcanlı kəndi də ordumuz tərəfindən işğaldan azad edilib.

Bir neçə saat əvvəl Ağdam rayonunun Bayramlar kəndinin ordumuz tərəfindən işğaldan azad olunduğunu xəbər vermişdik. Artıq Ağdamın işğal altında olan daha bir kəndinin azad edilməsi haqqında məlumat var.

Belə ki, ölke.az-ın cəbhə bölgəsinə ezam olunan muxbiri bildirir ki, əvvəllər ermənilərin nəzarətində olan Yusifcanlı kəndinin yaxınlığındakı bizə məxsus mövqe və gözətçi postu ərazidə növbə çəkən əsgərlərimizin irəliləməsi nəticəsində boşalıb. Hadisəni yerində araşdırmaq üçün əraziyə yollanan müxbir yayılan xəbərin doğru olduğunu görüb. Əvvəllər ermənilərin intensiv atəşi altında olan əraziyə sanki sükut çöküb.

Ordumuzun əsgərlərinin köhnə postdan Yusifcanlıya doğru yerləşən daha iki erməni postunu ələ keçirdiyi və Yusifcanlını azad etdiyi bildirilir. Yusifcanlıya bir neçə yüz metr qalmış ordumuzun əsgərləri müxbiri daha irəli buraxmayıblar. Hərbi sirri yaymamaq məqsədi ilə əsgərlərimizin görüntüsünü sayta yerləşdirmirik.

Müxbirin Yusifcanlıdan hazırladığı fotoreportajda tam olaraq ermənilərin nəzarətində yerləşən Qarqarçayın qurumuş yatağı artıq tam olaraq bizim nəzarətimizdədir. Müxbir həmin görüntüləri Qarqarçayı rahat surətdə keçərək çəkib.
Bağla X