Daha bir əsgərimiz - YARALANDI

Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Bu gün Bu gün Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb.

AzNews.az daxil olan məlumata görə, hadisə cəbhə xəttində ermənilərin açdığı atəş nəticəsində baş verib.

Belə ki, ordunun əsgəri, 20 yaşlı Fərhad Azad oğlu Rəhimov düşmən gülləsinə tuş gələrək yüngül xəsarət alıb. Təcili jospitala yerləşdirilən əsgərin vəziyyəti normal qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib.