Bakı çimərliyində dəhşət: iki ailənin 5 uşağı boğuldu

Bakı çimərliklərinin birində iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub. AzNews.az-ın məlumatına görə, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kamalə Əliyeva, qardaşları - 9 yaşlı Elgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Hadisə yerinə Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kamalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.

Amid
AzNews.az