15:28
(077) 610-22-33

Bakının məhşur restoranında faciə

  • >
1 597 7 Avqust 2014 11:20 | Hadisə

Bakının Səbail rayonu ərazisində yerləşən məşhur restoranların birində ölüm hadisəsi baş verib.

Avqustun 6-da gecə saatlarında İçərişəhərdə, Asəf Zeynallı küçəsi, 22 ünvanında yerləşən "ART Garden" restoranında baş aşpazın halı qəfil pisləşib. Baş aşpaz Sadıqov Tofiq Seyfulla oğluna yardım göstərilməsi üçün təcili tibbi yardıma müraciət edilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, T.Sadıqov ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, İçərişəhərdəki restoran Bakı elitası ilə yanaşı turistlərin də sevimli məkanlarındandır (lent.az).
Bağla X