“Sovetski” sakinlərinə son xəbərdarlıq – Dağıntılara start verilir

Bakının "Sovetski" adlanan ərazisində evlərini müəyyən edilmiş şərtlərlə sökülməsilə razılaşmayan sakinlərə bu gün son xəbərdarlıq edilib.

Son xəbərdarlıq üçün bu gün Yasamal rayon İcra Hakimiyyətinə çağırılıblar. AzNews.az-ın məlumatına görə, xəbərdarlıq üçün həmin sakinlər Yasamal Rayon İcra Hakimiyyətinə dəvət olunub. Onlara bildirilib ki, bu gün razılıq əldə olunmasa məcburi qaydada bütün evlə söküləcək.

Qeyd edək ki, söküntü şərtlərilə razılaşmayanların əksəriyyəti kiçik mənzillilərdir. Onlar verilən məbləğlə ev ala bilməycəklərini əsas gətirib, söküntüyə qarşı çıxırlar: "Amma buna Yasamal Rayon İcra Hakimiyyəti şikayətçi vətəndaşları müəyyən edilmiş şərtlərlə razılaşmağa məcbur edir və əks təqdirdə evlərinin söküləcəyi ilə hədələyirlər. Artıq "Sovetski" məhəlləsində yaşayan insanların evlərinin əksəriyyətinə elektirik enerji, su, qaz verilişi dayandırılıb və həmçinin kanalizasiya xətləri sıradan çıxarılıb".

Vətəndaşların digər şikayəti isə, komissiya tərəfindən daşınmaz əmlak obyektlərdə dəqiq ölçü işləri aparılmamasındandır. Bildiriblər ki, dövlətin onlara verdiyi sənəddə göstərilən mənzil kvadratı üzrə kompensasiya vəsaiti ödənilmir. Mənzillərinin kvadratları evlərinin içi ilə ölçülür.
Xatırladaq ki, "Sovetski" məhəlləsində ümumilikdə 10 minə yaxın ailə yaşayır. Bakının "Sovetski" məhəlləsində evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2000-mini ötüb. Söküntü ərazisinə düşən minə yaxın yaşayış və qeyri yaşayış sahəsi isə sökülüb.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.

AzNews.az