- Köhnə - Hadisə
- 8 Avqust 2014 07:03
- 3 746
İki “Mersedes“ toqquşdu- 2 nəfər öldü
Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, minik avtomobillərindən biri deformasiyaya uğrayıb, sürücü və 1 sərnişinin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə meyitləri avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
AzNews.az