20:27
(077) 610-22-33

İntiqam Əliyev saxlanıldı - Oğlundan açıqlama (Yenilənib)

  • >
3 217 8 Avqust 2014 10:43 | Hadisə

Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.


Bu barədə "Azadlıq" radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.

O, deyib: "Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar".

Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Qeyd edək ki, bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub.

***
12:15


Tanınmış hüquq müdafiəçisi İntiqam Əliyev bir neçə dəqiqə öncə polis tərəfindən saxlanılıb.

AzNews.az xəbər verir ki, hazırda onun evində axtarış aparılır.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

İntiqam Valehoğlu
AzNews.az
Bağla X