22:23
(077) 610-22-33

Ermənilər küçələrə çıxdı - FOTOLAR + VİDEO

  • >
2 258 8 Avqust 2014 11:05 | Hadisə

Bu saatlarda İrəvan sakinləri müharibə əleyhinə yürüş keçiriblər.

Öncədən də xəbər verildiyi kimi, son zamanlar təmas xəttində baş verən hadisələr və Prezident Serj Sərkisyanın həyata keçirdiyi uğursuz siyasətə qarşı İrəvanın Azadlıq və Respublika meydanlarında izdihamlı aksiyalar baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın tert.am saytı məlumat yayıb.

Əllərində Ermənistanın və Avropa Birliyinin bayraqlarını dalğalandıran narazı vətəndaşlar "Serjə yox deyək!", "Putinə yox deyək!", "Bu, bizim deyil, rejimin müharibəsidir", "Silahlardan əl çəkin!" kimi şüarlar səsləndiriblər.

Erməni mediasına açıqlama verən gənc aksiya iştirakçısından biri məqsədlərinə aydınlıq gətirib:

"Hazırda biz ictimaiyyətlə danışıqlara başlamağa cəhd edirik. Onların diqqətinə çatdırmaq istəyirik ki, müharibə bizə lazım deyil, hökumətimiz üçüncü ölkələrin maraqlarına xidmət edir. İnanırıq ki, Azərbaycanda da məsələyə bu cür yanaşacaqlar".





AzNews.az
Bağla X