İntiqam Əliyevə 3 ay həbs verildi

Xəbər verildiyi kimi, bu gün hüquqşünas İnqiqam Əliyev saxlanılaraq Baş Prokurorluqda dindirilib, daha sonra ofisində axtarış aparılıb və konkret ittiham maddələri ilə Nəsimi Rayon Məhkəməsinə məhkəməyə aparılıb.
Musavat.com əməkdaşının verdiyi xəbərə görə, məhkəmə prosesi 1 saat yarım çəkib. Məhkəmə binasının önündə çoxlu media nümayəndələri və hüquq müdafiəçiləri olub. İ.Əliyevin vəkili Anar Qasımlı media qarşısına çıxaraq, bildirb ki, İntiqam Əliyevin barəsində CM-in 3 maddəsi ilə (192, 213, 308) 3 ay həbsqətimkan tədbiri seçilib.

O, deyib ki, müvəkkilinə qarşı əsas ittiham qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma olub. İ. Əliyevi ayrı-ayrı qrant layihələrini qanunsuz nəğdləşdirməkdə, onları qeydiyyatdan keçirtməməkdə suşçlayıblar. A. Qasımlı dərhal qeyd edib ki, bu hərəkətətlər cinayət məsuliyyəti yaratmır, inzibati məsuliyyət yaradır: "Bunu qarşılığı cərimədir".