13:27
(077) 610-22-33

Bakıda zəncirvari qəza: ağır yaralı var - FOTOLAR

  • >
1 073 9 Avqust 2014 07:32 | Hadisə

Bakıda sərnişin avtobusu ilə yük avtomobili toqquşub.



AzNews.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda "DAEWOO" markalı sərnişin avtobusu və "SHACMAN" markalı yük avtomobili toqquşub.

Həmçinin bildirilib ki, qəza zamanı daha bir neçə avtomobilə ziyan dəyib. Belə ki qəzadan yayınmaq istəyən "Mercedes", "Hyundai" və "Mitsubishi-Pajero" markalı avtomobillərə ciddi ziyan dəyib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "SHACMAN" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılan Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 07:43-də başa çatıb.


AzNews.az
Bağla X