10:13
(077) 610-22-33

Aktrisalar ağır qəzaya düşdü- 1 ölü, 3 yaralı

  • >
2 176 10 Avqust 2014 19:10 | Hadisə

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib
Avqustun 8-i axşam saatlarında Masallı rayonunda 1 nəfərin ölümü, daha 3 nəfərin isə ağır yaralanması ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, Ələt-Astara yolunun 196-cı kilometrliyində avtokranla toqquşan "Kia" markalı avtomobildəkilər Lənkəranın "Xınayaxdı" qrupunun üzvləri, Lənkəran dövlət Teatrının aktrisaları olub. Qəzada həyatını itirən 20 yaşlı Lətafət Əlizadə həmin qrupun üzvü, həm də qrupun rəhbəri Sevinc xanımın qızı olub.

Bundan başqa, qrupun üzvü olan 3 qadın və sürücü də ağır xəsarət alıb. Yaralılar Lənkəran sakinləri, 1990-cı il təvəllüdlü Cavid Qəmbərov, 1986-cı il təvəllüdlü Gülər Kərimova və 1983-cü il təvəllüdlü Füqanə Zeynallı və Lənkəran Dövlət Teatrının aktrisası Aynur Əhmədovadır.

AzNews.az
Bağla X