20:41
(077) 610-22-33

Bakıda daş karxanasında faciə: Fəhlə kombaynın altında qaldı

  • >
1 726 11 Avqust 2014 09:35 | Hadisə

Xəzər rayonunun Türkan qəsəbəsində daş karxanalarının birində ölüm hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarından AzNews.az-a verilən məlumata görə, hadisə dünən saat 10:00 radələrində qeydə alınıb. Belə ki, 1982-ci il təvəllüdlü Bəxtiyar Mirzəyev adlı şəxs karxanada daş emal edən kombaynın altında qalıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşaları və həkim briqadası cəlb olunub. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, sözü gedən şəxs ailəsini dolandırmaq üçün daş karxanasında fəhlə işləyirmiş.

Amid
AzNews.az

Bağla X