Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub. Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.

Ermənilər postlarımızı atəşə tutmaqda davam edir

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 16 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun Cil kəndində yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Sarıcalı, Kəngərli, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Göyarx, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az