09:45
(077) 610-22-33

Sumqayıtda mənzildə qadın meyiti tapılıb

  • >
341 12 Avqust 2014 15:31 | Hadisə

Sumqayıtda mənzildə qadın meyiti tapılıb.



Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1941-ci il təvəllüdlü Petrişina Svetlana Alekseyevna mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısının kilidini bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən S.Petrişinanın cəsədi aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

AzNews.az
Bağla X