13:24
(077) 610-22-33

Qaxda minik maşını yük avtomobilinə çırpılıb - bir nəfər ölüb

  • >
307 13 Avqust 2014 07:55 | Hadisə

Qaxda baş verən yol qəzasında bir nəfər ölüb.



Qax Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, qəza avqustun 13-ü saat 01:00 radələrində rayonun Almalı kəndi ərazisində baş verib.

Rayonun Dəymədağlı kənd sakini, 1983-cü il təvəllüdlü Tural Xanlar oğlu Salahov idarə etdiyi "Mercedes" markalı, 99 CU 034 dövlət nömrə nişanlı minik avtomobil ilə Almalı kəndi içərisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarında dayanmış, Almalı kənd sakini, 1975-ci il təvəllüdlü Aydın Məhəmməd oğlu Yusifova məxsus "İveco" markalı, 90 SH 582 dövlət nömrə nişanlı yük maşınına vurub.

Toqquşma nəticəsində T. Salahov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Qax RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az
Bağla X