- Köhnə - Hadisə
- 13 Avqust 2014 07:58
- 2 534
Binada yanğın baş verdi - 21 nəfər təxliyyə edildi
Bu gecə Abşeron rayonunda çoxmərtəbəli binada yanğın olub.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elekrtrik kabelləri yanıb.
Yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub. Mənzillər isə yanğından mühafizə olunub.
Yanğının qarşısı saat 02:38-də alınıb.
Amid
AzNews.az