16:53
(077) 610-22-33

Azərbaycanda daha bir hərbçi ölümü - Qəza

  • >
1 554 13 Avqust 2014 08:16 | Hadisə

Bu gün səhər saatlarında Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az-ın məlumatına görə, hadisə saat 08.00 radələrində Novxanı qəsəbəsinin "Lukoil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

"Mutsubishi-Pajero" ilə "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü 1984-cü il təvəllüdlü, Abşeron rayon sakini Nicat Babazadə dünyasını dəyişib.

Faktı təsdiqləyən Abşeron rayon Polis Şöbəsindən o da qeyd olunub ki, Nicat Babazadə Daxili Qoşunların zabitidir.

Amid
AzNews.az
Bağla X