Bu gün səhər Oğuz rayonu, Xaçmaz kəndi ərazisindəki meşə massivində yanğın baş verib. Bu gün səhər Oğuz rayonu, Xaçmaz kəndi ərazisindəki meşə massivində yanğın baş verib.

Oğuz meşələri bu gün yenə yandı - FHN

Bu gün səhər Oğuz rayonu, Xaçmaz kəndi ərazisindəki meşə massivində yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yanğın nəticədə meşə təsərrüfatına məxsus 5 hektar ərazidə qurumuş ağaclar, ağac budaqları, və kol-kos yanıb. Yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 50 nəfər yanğınsöndürəni, 4 ədəd yanğın avtomobili və 30 nəfər meşə təsərrüfatının işçiləri cəlb olunub. Meşə zolağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 06:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xatırladaq ki, qeyd olunan ərazidə bir neçə gün əvvəl də yanğın hadisəsi baş vermişdi.

Amid
AzNews.az