Azərbaycan Prezidenti Administrasiyasının qarşısında bir nəfər kişi özünü yandırmağa cəhd edib. Azərbaycan Prezidenti Administrasiyasının qarşısında bir nəfər kişi özünü yandırmağa cəhd edib.

Azərbaycanda ər-arvad özünü yandırdı

Azərbaycan Prezidenti Administrasiyasının qarşısında bir nəfər kişi özünü yandırmağa cəhd edib.



Hadisənin şahidi olan virtualaz.org-un müxbiri bildirir ki, ərazi polis tərəfindən mühasirəyə alınıb. Bununla belə, həmin şəxs özünə od vura bilib. Amma ətrafdakılar onun yanmasının qarşısını alıblar.

İntihara cəhd edənin nədən bu addıma əl atdığının səbəbi hələlik məlum deyil.

* * *

Bu gün özünü Prezidenti Administrasiyasının qarşısında yandıranlar 5 saylı şəhər xəstəxanasının yanıq mərkəzinə aparılıblar.

Hazırda xəstəxanada olan virtualaz.org saytının əməkdaşı dəqiqləşdirib ki, yandırılanlar ər-arvaddır. Qadının vəziyyəti ağır olduğundan o, reanimasiyadır. Kişiyə isə ilkin tibbi yardım göstərilib: "Kişi dedi ki, məhkəmə onların xeyrinə qərar çıxardığı halda evlərini söküblər. Buna görə də etiraz olaraq özlərini yandıraraq intihar etmək istəyiblər".

Əməkdaşımız xəbər verir ki, həkimlər onun danışmasına mane olublar.