Bakının mərkəzindəki yanğın söndürülür

Bakının mərkəzində binalardan birində baş vermiş yanğın lokallaşdırılıb.

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Yanğından Mühafizə Xidmətindən məlumat verilib.

Qeyd edək ki, yanğın Səbail rayonu Yusif Məmmədəliyev küçəsi, 20 ünvanında üçmərtəbəli binanın sonuncu mərtəbəsində baş verib.

AzNews.az