8 yaşlı uşaq dənizdə batdı

Lənkəranda 8 yaşlı uşaq dənizdə batıb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə avqustun 13-də saat 19.30 radələrində qeydə alınıb. Masallı rayon sakini, 8 yaşlı Elşən Akif oğlu Abdullayev Lənkəran şəhərinin"Dəhnə" deyilən ərazisində, dənizin nəzarət olunmayan hissəsində çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasedicilərinin və yaxınlıqdakı şəxslərin birgə səyləri ilə Elşən Abdullayevin cəsədi batdığı yerdən 150 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az