11:48
(077) 610-22-33

Oğlu ilə birgə güllələnən rəis müavinindən xəbər var

  • >
1 034 14 Avqust 2014 10:27 | Hadisə

Bakıda oğlu ilə birgə güllələnən polis rəisinin müavini vəzifəsinin icrasına başlayıb.



Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarənin əməliyyat işləri üzrə rəis müavini Akif Nəzərov 6 aya yaxın davam edən müalicəsini başa vuraraq işə qayıdıb.

Uzun müddət Türkiyədə müayinə olunan A. Nəzərovun hazırda vəziyyəti yaxşı qiymətləndirilir.

Qeyd edək ki, bu il fevralın 23-də saat 20 radələrində Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin yaxınlığında həmin qəsəbənin sakini, əvvəllər məhkum olunmuş Gülağa Lətifov münaqişə zəminində qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Paşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. F. Qədirov aldığı xəsarətdən ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı məlum olub ki, G. Lətifov müvafiq dövlət orqanlarının icazəsi olmadan və yerli icra nümayəndəliyi tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, həmin məktəblə üzbəüz yerləşən açıq idman meydançasında tikinti işləri aparmağa başlayıb. Onun bu hərəkətləri növbəti dəfə ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub və yaranmış münaqişədə G. Lətifov şəxsi avtomobilində gəzdirdiyi odlu silahdan qəsəbə sakinlərinə bir neçə dəfə atəş açıb.

Hadisə zamanı güllə yarası alan A. Nəzirov Suraxanı rayon Polis İdarəsinin rəis müavinidir. Digər yaralı, A. Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşıdır.

AzNews.az
Bağla X