FHN avtobus qəzası ilə bağlı məlumat yayıb. FHN avtobus qəzası ilə bağlı məlumat yayıb.

Avtobus qəzası ilə bağlı - Rəsmi açıqlama

FHN avtobus qəzası ilə bağlı məlumat yayıb.



AzNews.az FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda "İsuzu" markalı avtobus idarəetməni itirərək yol kənarındakı dəmir profillərə çırpılıb. Nəticədə, avtobus deformasiyaya uğramış sürücü 1983-cü il təvəllüdlü Kərimov Haqverdi Muxtar oğlu hadisə yerində keçinib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə H.M. Kərimovun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, habelə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 08:01-də başa çatıb.

AzNews.az